Corc Qafarov Rusiya serialında obrazı ilə gündəmə səs saldı - FOTO/VİDEO

Corc Qafarov Rusiya serialında obrazı ilə gündəmə səs saldı - FOTO/VİDEO

Hazırda oxunan: Corc Qafarov Rusiya serialında obrazı ilə gündəmə səs saldı - FOTO/VİDEO

168269

Aktyor Corc Qafarov yeni layihəsi ilə gündəmə səs salıb.

Bizim.Media xəbər verir ki, rusların Türkiyədə çəkdiyi "Блеск" (“Parıltı”) adlı serialda Corc Serkan Bolat adlı baş qəhramanı canlandırıb.

Rusların "ИВИ" adlı ödənişli leqal online-video kanalında yayımlanacaq serialın anonsunu aktyor sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Anonsun sonunda C.Qafarov ön plana keçərək rus dilində "Salamlar... Məni "ИВИ"də qarşılayın! Serial "Parıltı"" sözlərini dilə gətirib.

Qeyd edək ki, Corc Qafarov "İlahi məxluq", "Dolu", "Bakı, mən səni sevirəm", "Sonuncu" bədii filmlərində, "İmtahan", "Ata ocağı" və bir çox digər serialda həmçinin Xalq artisti Emin Ağalarov və Jony-nin "Ay işığında gecə" adlı mahnıya çəkilmiş klipdə rol alıb. 
Corc son illərdir ki, Rusiyanın "Mosfilm" şirkəti ilə əməkdaşlıq edir.
 






Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO