Razidən saxta bəy və nikah xəbərlərinə REAKSİYA – FOTO/VİDEO 

Razidən saxta bəy və nikah xəbərlərinə REAKSİYA – FOTO/VİDEO 

Hazırda oxunan: Razidən saxta bəy və nikah xəbərlərinə REAKSİYA – FOTO/VİDEO 

167325

Xəbər verdiyimiz kimi, ötən gün qalmaqallı model Razi Əliyeva (Raziyyat) Nicat adlı bəyə ərə gedib. 

Bizim.Media xəbər verir ki, Razi nikah məclisindən sonra sosial şəbəkə hesabında paylaşım edərək, haqqında yazılan saxta evlilik şərhləri ilə bağlı açıqlama verib. 

“Yazdığınız bütün şərhlərinizi oxuyuram. Çoxunuz yazırsınız ki, bəy və nikahım “fake”dir (saxtadır – red.). Əgər sizə bu düşüncələrlə yaşamaq rahatdırsa, bu düşüncə ilə də yaşayın. Demək istəyirəm ki, bu gün həyatımın ən xoşbəxt günüdür. Mənə görə sevinən hər kəsə minnətdarlığımı bildirirəm. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Yaxşı ki, varsınız. Hər kəsə cavab verəcəyəm”, - deyə Razi vurğulayıb. 
Qeyd edək ki, bir neçə ay əvvəl model Razi Əliyeva keçmiş sevgilisi Ziya Hüseynzadə barədə polisə şikayət edib.

O, intim yazışmalarının sevgilisi tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları instaqramda yayıb. Z.Hüseynzadə R.Əliyevanın dediklərini böhtan adlandırıb. Daxili İşlər Nazirliyi (DİN) məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib. Z.Hüseynzadə barəsində cinayət işi başlayıb. 
 















Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO