Kseniya Borodina

Kseniya Borodina "Altın Kelebek"də - FOTO/VİDEO

Hazırda oxunan: Kseniya Borodina "Altın Kelebek"də - FOTO/VİDEO

167287

Xəbər verdiyimiz kimi, bu gün İstanbulda nüfuzlu "Altın Kelebek" mükafatlanma mərasimi keçirilir.

Bizim.Media xəbər verir ki, sözügedən tədbirin xüsusi qonaqlarından biri Rusiyanın məşhur teleaparıcısı və aktrisası Kseniya Borodina olub.

Televiziya ulduzu qırmızı xalıdan keçən bir sıra türkiyəli məşhur aktyorlarla fotolarla çəkdirərək onlarla ünsiyyət qurub.

Xəzər televiziyası adından "Altın Kelebek"də iştirak edən ulduzlarla müsahibələr alan aparıcı Kamilə Babayeva rus həmkarı bir araya gəlib. 

Babayevaya müsahibə verən Borodina bir neçə dəfə Azərbaycana gəldiyini bildirib:

"Azərbaycanda bir neçə dəfə olmuşam. Təbii ki, yenə sizin ölkəyə qonaq gəlmək istəyirəm. Çünki uzun müddətdir Azərbaycana gəlmirəm. Azərbaycandan olan izləyicilərim məni bu gözəl ölkənizə dəvət edirlər. Mən də mütləq şəkildə söz verirəm ki, bu dəvəti qəbul edəcəyəm və yaxın zamanda Azərbaycana gələcəyəm".

Qeyd edək ki, "Altın Kelebek" mükafatlanma gecəsinə Azərbaycandan ölkəmizi 2020 və 2021-ci ildə "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Samirə Əfəndi, aparıcı Kəmalə Piriyeva, bloger Nəcibə Əhmədi qatılıb.
Bir azdan onlar səhnəyə çıxaraq mükafatlanacaqlar. Həmçinin Samirə Əfəndi öz ifasını da gecədə təqdim edəcək. 
 
















Rəşad Əliyev, Bizim.Media


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO