Ərə gedən modelin nikahından İLK GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Ərə gedən modelin nikahından İLK GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Hazırda oxunan: Ərə gedən modelin nikahından İLK GÖRÜNTÜLƏR - FOTO/VİDEO

167268

Xəbər verdiyimiz kimi, qalmaqallı model Razi Əliyeva ərə gedib.

Bizim.Media xəbər verir ki, Nicat adlı bəylə "Səadət sarayı"da nikaha girən modelin daha sonra paytaxt restoranların birində məclisi baş tutub.

Həm nikahdan, həm də məclisdən çəkilən görüntüləri məclisdə iştirak edən qonaqlar sosial şəbəkə hesablarında paylaşıblar.

Razi isə həmin kadrları "repost" edərək "Bu xoşbəxt günümü sizinlə bölüşməyə bilməzdim" yazaraq sevinc hisslərini izləyiciləri ilə bölüşüb.

Razinin yaxın rəfiqəsi məclisdə qonaqlar arasında məşhur aktrisa Pərvin Abıyeva da yer alıb.

Qeyd edək ki, bir neçə ay əvvəl model Razi Əliyeva keçmiş sevgilisi Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının sevgilisi tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib.

R.Əliyeva xəsarətlərinin olduğu fotoları da instaqramda yayıb. Z.Hüseynzadə R.Əliyevanın dediklərini böhtan adlandırıb. 

DİN məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib. Z.Hüseynzadə barəsində cinayət işi başlayıb.







Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO