Nazənin:

Nazənin: "Əxlaqsızlar əxlaqdan, namussuzlar isə namusdan efirdə insanlara dərs keçirlər" - VİDEO

Hazırda oxunan: Nazənin: "Əxlaqsızlar əxlaqdan, namussuzlar isə namusdan efirdə insanlara dərs keçirlər" - VİDEO
166231
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bir müğənni var ki, bütün Azərbaycana pul borcludur. Hələ mən Azərbaycandan kənar borclarını demirəm... Axı bu "risofkarlıq" nəyə lazımdır?"

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nazənin Salayeva qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.

Sənətçi televiziyada yayımlanan verilişləri, onların aparıcılarını və proqramlara dəvət alan bəzi dırnaqarası məşhurları sərt şəkildə tənqid edib.
"Mənəviyyatsız, şərəfsiz, əxlaqsız, vicdansız insanları aparıcılar öz verilişlərinə çağırırlar ki, təki reytinqləri olsun. Onlar efirə çıxıb insanlara əxlaqdan dərs deyirlər. Əxlaqsız efirə çıxıb insanlara əxlaqdan dəsr deyir.

Namussuzlar efirə çıxış namusluqdan insanlara dərs deyirlər. Olmaz belə... Televiziya məkanı ədəb-ərkan məkanıdır. Əvvəllər televiziyaya sehirli bir qutu kimi baxırdılar. İnsanlar televiziyaya baxıb maariflənirdrlər. Televiziyaya baxırdılar ki, özləri üçün nəsə gözəl və yaxşı şeylər götürsünlər. İndi isə deyirlər ki, televizorunuzu söndürün, baxmayın televiziyaya", - deyə Nazənin vurğulayıb.
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO