Adel ikinci dəfə ərə getdiyini ETİRAF ETDİ 

Hazırda oxunan: Adel ikinci dəfə ərə getdiyini ETİRAF ETDİ 

165342

Dünya pop səhnəsinin ulduzu Adelin uzun müddətdir evliliyindən şübhələnilsə də, o bununla bağlı heç bir təsdiq verməyib. Sənətçi hər şeydən danışıb: oğlunu böyütməkdən, içkiyə aludəçiliyindən və ondan əl çəkməsindən, amma romantik münasibətini gizli saxlayıb. Evliliyi ilə bağlı yayılan söz-söhbətlərin və dedi-qoduların qarşısına almaq üçün sənətçi ilk dəfə “Alan Karrın” komediya şousunun qonağı olarkən gizli toyunun olduğunu açıqlayıb. 

Bizim.Media “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, müğənninin sevib-seçdiyi şəxs isə 41 yaşlı idman agenti Riç Pol olub. 

Veriliş zamanı sənətçi onu əri adlandırıb və sonra aparıcının tamaşaçılar arasında bu yaxınlarda toy edənlərin olub-olmaması ilə bağlı sualına cavab olaraq “hə” deyib. Rich bu evlilikdən çox xoşbəxt olduğunu və 35 yaşlı Adelin sadəcə möhtəşəm olduğunu vurğulayıb. Adel də bu evlilikdən bəxtəvər olduğunu söyləyib. 
Qeyd edək ki, bu? Adel üçün artıq ikinci evlilikdir. Müğənni ilk əri ilə öz evində özəl toy mərasimi təşkil edib və bir neçə il sonra, 2019-cu ildə boşanmaq üçün məhkəməyə müraciət edib.


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO