Aygün Kazımova dünya musiqi çatlarında BİRİNCİ OLDU - FOTO  

Hazırda oxunan: Aygün Kazımova dünya musiqi çatlarında BİRİNCİ OLDU - FOTO  

164928

Xalq artisti Aygün Kazımovanın “Parol” mahnısı “Apple Music Azerbaijan” və “Yandex Music”də birinci olub.   

Bizim.Media verir ki, bir neçə ay əvvəl işıq üzü görən musiqisi Kazımcan, sözləri isə Orxan Qarabasmaya məxsus olan sözügedən nəğmə “YouTube” video platformasında 5 milyondan çox izlənilib.   

Son günlər hit olan “Parol" bütün musiqi platformalarını eyni zamanda “TikTok” video axınını da zəbt edib.  
Bundan başqa Kazımovanın repertuarında yer alan “Qorxuram” və “Vəfasızlar” mahnısı “Apple Music Azerbaijan”da ilk 10-luğa düşüb. “Yenə tək”, “Ağlasın” və meyxanaçı Namiq Qaraçuxurlu  ilə oxuduğu “Bağlanıram” dueti də ən çox dinlənənlər sırasına daxil olub.  

Aygünün 7 il əvvəl həmkarı Samir Piriyevlə səsləndirdiyi “Ağlasın” dueti də bu günlərdə “TikTok”da ən çox video çəkilən musiqi olub.   

 








Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO