Mərhum Xanım Qafarovanın qızı: “Anamı yalnız gecə saatlarında görürdüm” - VİDEO 

Mərhum Xanım Qafarovanın qızı: “Anamı yalnız gecə saatlarında görürdüm” - VİDEO 

Hazırda oxunan: Mərhum Xanım Qafarovanın qızı: “Anamı yalnız gecə saatlarında görürdüm” - VİDEO 
157947
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər efirə çıxıb. 

Bizim.Media xəbər verir ki, mərhum aktrisanın övladı qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişinə gələrək, anası ilə bağlı xatirələrdən söz açıb. 

Sənətkarın qızı bildirib ki, anası gecə saatlarında teatrdan evə döndüyü üçün onunla çox ünsiyyətdə ola bilməyib: 

“Anamı yalnız gecə saatlarında işdən qayıdarkən görürdüm. O, gecəyə kimi teatrda çalışırdı. Hər zaman da evə gələndə mənə oyuncaqlar alırdı. Ayaqqabılarını soyunmağa kömək edirdim. Hərdən məni özü ilə çalışdığı teatra aparırdı. Amma çox xatirələr yadımda qalmayıb. Məni nənəm böyüdüb, saxlayıb. Mənə bunlar yuxu kimi gəlir. Anamla bağlı çox qırıq-qırıq xatirələr var”. 
Qeyd edək ki, 2009-ci ildən bəri süd vəzi xərçəngindən əziyyət çəkən Xanım Qafarova 8 il əvvəl iyulun 11-də dünyasını dəyişib. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO