ATV-də “Yarpaq dökümü” - Onlar kanaldan GETDİLƏR – ÖZƏL 

ATV-də “Yarpaq dökümü” - Onlar kanaldan GETDİLƏR – ÖZƏL 

Hazırda oxunan: ATV-də “Yarpaq dökümü” - Onlar kanaldan GETDİLƏR – ÖZƏL 

157910

“Azad Azərbaycan” telekanalının məşhur aparıcıları işdən çıxıb.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, “Bağ mövsümü” və “ATV səhər” proqramlarının aparıcısı Murad Əzimzadə, “Qonağım ol” verilişinin aparıcısı Günay Firuddinqızı və “Axşamın oyunu” verilişinin aparıcısı, aktyor Azər Axşam telekanalla yollarını ayırıblar. 

Onların bundan sonra hansı kanalda çalışacaqları sual altındadır. 

Qeyd edək ki, ötən mövsüm Vüsalə Əlizadə “ATV” kanalında yayımlanan, aparıcısı olduğu “7 canlı” proqramından ayrılıb.
O, daha sonra öz xahişi ilə çalışdığı ATV kanalından çıxıb. Aparıcı bu mövsümdən etibarən fəaliyyətini “Xəzər” televiziyasında davam etdirəcək. Əlizadə sözügedən kanalda “İncə səhər” proqramı ilə tamaşaçıların qarşısına çıxacaq. 

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO