Ajda Pekkan Qənirə Paşayevanın vəfatından YAZDI - FOTO

Ajda Pekkan Qənirə Paşayevanın vəfatından YAZDI - FOTO

Hazırda oxunan: Ajda Pekkan Qənirə Paşayevanın vəfatından YAZDI - FOTO

157629

Türkiyənin superstarı Ajda Pekkan ötən axşam vəfat edən millət vəkili Qənirə Paşayeva ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, sənətkar sosial şəbəkə hesabında illər əvvəl Bakı səfəri zamanı mərhumla  çəkilən fotosunu yayımlayıb.

Pekkan Q.Paşayevanın itkisindən sarsıldığını bildirib:

"Türk dünyasında yeri doldurulmayacaq çox dəyərli dostum, Azərbaycanın millət vəkili Qənirə Paşayevanın vəfat xəbərini böyük hüznlə öyrəndim. Çox dəyərli insan idi. Məkanı cənnət olsun. Azərbaycanımız başda olmaqla bütün türk dünyasının başı sağ olsun".

Qeyd edək ki, Q.Paşayeva ötən axşam 48 yaşında müalicə aldığı Mərkəzi Klinik xəstəxanasında vəfat edib. Mərhum İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO