Naomi Kempbell narkotik aludəçiliyindən DANIŞDI: “Kədərimi gizlətməyə çalışdım” 

Naomi Kempbell narkotik aludəçiliyindən DANIŞDI: “Kədərimi gizlətməyə çalışdım” 

Hazırda oxunan: Naomi Kempbell narkotik aludəçiliyindən DANIŞDI: “Kədərimi gizlətməyə çalışdım” 

156289

Sentyabrın 20-də “Apple TV+” striminq platforması supermodellərin həyatından bəhs edən yeni sənədli serialı təqdim edib. 

Bizim.Media xəbər verir ki, layihənin qəhrəmanlarından biri modellik karyerasının əvvəlində alkoqol aludəçiliyi olan “Qara pantera” ləqəbi ilə məşhurlaşan Naomi Kempbell olub. 

53 yaşlı moda ikonu uşaq ikən atası tərəfindən tərk edilməsi və Mayamidəki evinin qarşısında güllələnən yaxın dostu, dizayner Canni Versaçenin ölümü ilə bağlı kədərin öhdəsindən gəlmək üçün narkotikdən istifadə etdiyini etiraf edib.

Naomi bildirib ki, 1990-cı illərin əvvəllərində qəbul etdiyi narkotiklərlə yavaş-yavaş özünü “öldürübmüş”: 

“Narkotik maddələrini istifadə etməyə başlayanda gizlətməyə çalışdığım şeylərdən biri də kədər idi. Siz düşünürsünüz ki, “Ah, bu mənim yaralarımı sağaldacaq. Amma bu əsla belə deyil”. Dönüş nöqtəsi 1999-cu ildə fotosessiyalardan birində baş verib.

Belə ki, Kempbell çəkiliş zamanı qəfil huşunu itirib. Bundan sonra Naomi narkomaniyadan qurtulmaq üçün müalicələrə başladığını vurğulayıb. Sənədli filmdə Naomi, həmçinin şəxsi köməkçisinə (qızı telefonla döyüb – red.) hücum etməkdə təqsirli olduğunu etiraf edərkən 2000-ci ilin fevralında çıxarılan məhkumluğundan da danışıb.

Altı il sonra modelin yanında çalışan bir neçə əməkdaş Naominin onlara əl qaldırmaq və alçaltmaq ittihamı ilə çıxış edib. 

“Səhvlərimə gəlincə, mən həmişə onları etiraf etmişəm. Müalicə almaq qərarına gəldim. Bu, o vaxt özüm üçün edə biləcəyim ən yaxşı işlərdən biri idi. Güzgünü götürüb ona baxmaq qorxulu idi. Bunlardan azad olmaq üçün mənə uzun illər lazım idi”. 

Naomi vurğulayıb ki, o, indi başqalarına da oxşar çətinliklərin öhdəsindən gəlməkdə kömək edir: 

“Həyatımda sevdiyim insanlar varsa və onların köməyə ehtiyacı olduğunu görsəm, təbii ki, onlara da təklif edəcəyəm, çünki sevdiyim insanlara çox sadiqəm”. 

Qeyd edək ki, 2021-ci ildə Naomi Kempbell qızının doğulduğunu elan etmişdi. O vaxt 50 yaşlı Kempbell qızın dəqiq necə doğulduğunu açıqlamasa da, modelin surroqat ananın xidmətinə müraciət etdiyi ehtimal edilmişdi. Uşağın atasının kim olduğu bilinməyib, lakin Naominin çoxdankı dostu, musiqiçi Lenny Kravitz xaç atası olub. 




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO