Snup Doqqun Ermənistandakı konserti TƏXİRƏ SALINDI - FOTO

Snup Doqqun Ermənistandakı konserti TƏXİRƏ SALINDI - FOTO

Hazırda oxunan: Snup Doqqun Ermənistandakı konserti TƏXİRƏ SALINDI - FOTO

156276

Xəbər verdiyimiz kimi, sentyabrın 23-də Ermənistanın paytaxtı İrəvan şəhərində dünya şöhrətli amerikalı repçi Snup Doqqun “Razdan” stadionunda konserti olacaqdı. Musiqili tədbir artıq təxirə salınıb.  

Bizim.Media xəbər verir ki, bu haqda konsertin təşkilatçıları “Instagram” sosial şəbəkədə “Doping space” hesabında məlumat verib.

Bildirilib ki, İrəvanda Ermənistanın Müstəqillik Günü münasibətilə planlaşdırılan gecə baş tutmayacaq. Konsert başqa bir tarixə keçirilsə də, lakin dəqiq gün açıqlanmayıb.  
Qeyd edək ki, Ermənistan hökuməti tədbir üçün 6 milyon dollar xərc çəkib. Snup Doqq bir müddət əvvəl İrəvanda konsertini keçiriləcəyi ilə bağlı sosial şəbəkə hesabında Qarabağ bölgəsini “Arsax” adlandıraraq təxribat yönümlü mesajla çıxış edərək, Azərbaycana qarşı hörmətsizlik etmişdi.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO