Azərbaycanlı ərindən boşanan bloqer Nagehan övladları ilə Bakını tərk ETDİ – FOTO 

Azərbaycanlı ərindən boşanan bloqer Nagehan övladları ilə Bakını tərk ETDİ – FOTO 

Hazırda oxunan: Azərbaycanlı ərindən boşanan bloqer Nagehan övladları ilə Bakını tərk ETDİ – FOTO 
155271
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda yaşayan türkiyəli bloqer Nagehan Abdullayeva Bakını birdəfəlik tərk edib. 

Bizim.Media xəbər verir ki, bu haqda bloqer sosial şəbəkə hesabında məlumat yayıb. 

Həyat yoldaşı Fərid Abdullayevlə boşanan Nagehan uşaqları ilə birgə ata ocağına İstanbula geri döndüyünü açıqlayıb: 

“Sevgili izləyicilerim, hörmətli Azərbaycanım. Fikirlərimi dostlarmın köməkliyi ilə səhvsiz yazmağa çalışacam. İllər əvvəl gözüm gülərək gəldiyim Bakımdan gözüm arxada qala-qala ayrıldım. Həyatımı orada qurmuşdum, mənim şəhərim olmuşdu. Siz də “Türk gəlini” deyə-deyə məni qəbul etmişdiniz. Hər biriniz var olun. Bir neçə gün əvvəl atam Bakıya son əşyalarımı yığmağa gəldi.

Qismət… Bağım demək olar ki, kəsilir. Orada çox dostlarım var, çalışdığım insanlar var. Gəlib, qayıdacam, amma başımı salacaq bir yuvam olmayacaq. Bir qonaq kimi Bakıda olmağım məni incidəcək, amma olsun. Hər şey hamı üçün yaxşı olsun. Çətin günlər keçirirəm, bəzən xoşbəxtliyi oynayıram. Sağlıq olsun! Daha gözəl günlərə doğru… Haqqınızı halal edin”.
Qeyd edək ki, cütlük 2017-ci ildə Türkiyənin məşhur evlilik proqramında tanış olub və orada nikah bağlayıblar. Onların bir qız və bir oğlan övladı var. Nagehan Fəridlə bir neçə dəfə ayrılsa da, daha sonra onlar barışıblar. 

Azərbaycanlı ərindən boşanan bloqer Nagehan övladları ilə Bakını tərk ETDİ – FOTO  - foto 1
Azərbaycanlı ərindən boşanan bloqer Nagehan övladları ilə Bakını tərk ETDİ – FOTO  - foto 2
Azərbaycanlı ərindən boşanan bloqer Nagehan övladları ilə Bakını tərk ETDİ – FOTO  - foto 3
Azərbaycanlı ərindən boşanan bloqer Nagehan övladları ilə Bakını tərk ETDİ – FOTO  - foto 4

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO