Aytən Səfərova: “Qaldığımız otel otağının bir gecəsi 300 dollardır” - VİDEO

Aytən Səfərova: “Qaldığımız otel otağının bir gecəsi 300 dollardır” - VİDEO

Hazırda oxunan: Aytən Səfərova: “Qaldığımız otel otağının bir gecəsi 300 dollardır” - VİDEO

153331

Xəbər verdiyimiz kimi, ötən gecədən etibarən aparıcı Aytən Səfərova və 200-ə yaxın sərnişin İstanbul Hava Limanında qalmaq məcburiyyətində qalıb.

Buna səbəb isə İstanbuldan Bakıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin uçuşa gecikməsi olub.

Bir neçə saat əvvəl televiziya ulduzu Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, o və digər sərnişinlər İstanbul Hava Limanında fəaliyyət göstərən otelə yerləşdiriliblər.

Bizim.Media xəbər verir ki, A.Səfərova hazırda qaldığı otel otağındakı şəraiti çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Aparıcı bildirib ki, bu oteldə bir günlük otağın qiyməti 300 dollar (təxminən 510 manatdır):

“Azərbaycan Hava Yolları (AZAL) biz sərnişinləri yerləşdirdi bu gördüyünüz İstanbul Hava Limanında fəaliyyət göstərən otelə. Bu otağın bir günlük qalmaq xərci 300 dollardır. Eşidəndə şok oldum. Bir nəfər uçursa, bir nəfərlik otaqda yerləşdirilir.Ailə uçursa, ailəvi bilet alınıbsa, onlar ailəvi otaqlarda yerləşdirilib.

Bu otaqlar uzun məsafəli təyyarələrdə “biznes” sinfini xatırladır. Az əvvəl isə AZAL-ın nümayəndələri baş verən hadisə ilə bağlı açıqlama verdilər, üzrxahlıq da etdilər. Hətta bizə səhər yeməyi də verdilər. Dəfələrlə bütün sərnişinlərdən üzr istədilər. Yaxın zamanda onlar bizi Bakıya geri yollayacaqlar” 
 

Rəşad Əliyev, Bizim.Media
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO