Ərindən bir həftə əvvəl ayrılan Britni Spirs yeni sevgilisi ilə GÖRÜNTÜLƏNDİ – FOTO 

Ərindən bir həftə əvvəl ayrılan Britni Spirs yeni sevgilisi ilə GÖRÜNTÜLƏNDİ – FOTO 

Hazırda oxunan: Ərindən bir həftə əvvəl ayrılan Britni Spirs yeni sevgilisi ilə GÖRÜNTÜLƏNDİ – FOTO 

152615

Dünya pop səhnəsinin ulduzu Britni Spirs “Thousand Oaks”da yemək üçün gecə gəzintisi zamanı paparazzilərin obyektivinə tuş gəlib.

Bizim.Media “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, müğənni naməlum bir kişinin yanında olub. 

Nəşr müğənninin və onun yanında olan kişinin şəkillərini lentə alaraq dərc edib.

Fotoları diqqətlə incələyən izləyicilərin əksəriyyəti Spirsin keçən həftə də görüşdüyü kişinin həmin şəxs olduğunu bildiriblər. İndi ulduzun pərəstişkarları onun əri Sem Asgaridən qalmaqallı şəkildə ayrıldıqdan cəmi bir həftə sonra başlayan yeni sevgi macərası yaşadığından şübhələnirlər. 

Qeyd edək ki, Britni Spirs və Sem Asgarinin boşanması avqustun 17-də məlum olub. İddialara görə, buna səbəb Spirsin Kaliforniyadakı evlərində ev işçilərindən biri ilə ərini aldatması olub.
Bundan əlavə, insayderlərin sözlərinə görə, “kövrək və hiperseksuallaşmış vəziyyətdə” olan müğənni bir işçidən onu çılpaq şəkildə lentə almağı xahiş edib. Sem Asgari və Britni Spirs 2016-cı ildən görüşür və ötən ilin iyununda evləniblər. 




Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO