Britni Spirslə görüşməzdən əvvəl Sem Asgarinin yayılan FOTOLARI gündəm oldu

Britni Spirslə görüşməzdən əvvəl Sem Asgarinin yayılan FOTOLARI gündəm oldu

Hazırda oxunan: Britni Spirslə görüşməzdən əvvəl Sem Asgarinin yayılan FOTOLARI gündəm oldu

151992

Dünya pop səhnəsinin ulduzu Britni Spirsdən qalmaqallı şəkildə boşanması fonunda fitness məşqçi və model Sem Asgarinin arxiv fotoları sosial mediada yayılaraq gündəm olub. 

Bizim.Media xəbər verir ki, şəkillərdə Semin görünüşü indikindən nəzərəçarpacaq dərəcədə fərqlənir.  

Belə ki, 2013-cü ildə Asgari indiki çəkisindən 40 kiloqram daha artıq olub və dərin depressiyadan əziyyət çəkib. 

2016-cı ildə “Slumber Party” klipinin çəkiliş meydançasında Britni Spirslə görüş zamanı Asgari müğənninin qarşısına atletik bədən quruluşuna malik fitnes model şəklində çıxıb.

Lakin bir neçə il əvvəl tələbə ikən o, sürətlə kökəlməyə başlayıb, qidalanma və psixi sağlamlıq problemləri olub. 

“Men's Health” dərgisinə müsahibə verən Spirsin əri “keçmiş həyatında” təhsil haqqını ödəyə bilmək üçün üç fərqli iş yerlərində işləməyə məcbur olub – mağazada satıcı, “Gold's Gym”in nümayəndəsi və klubda mühafizəçi.  

Sutkada 4-5 saat yatdığını söyləyən Asgari səhhətində ciddi problemlərin yarandığını bildirib. 

Onun sözlərinə görə, o, hələ birinci kursdan əvvəl Universitetin futbol komandasından qovulub, ona görə təqaüdünü itirib. Asgari futbolçu kimi yeməyə davam edib və sürətlə çəki alıb. 

“Səhər yeməyi zamanı qarğıdalı çipslər, “fast food”, şəkər, konfet, zülalsız, çoxlu karbohidratlar və şəkərli sodalar içirdim. Stress və heç nəyə nail olmamaq qorxusu məni depressiyaya sürüklədi”, - deyə Spirsin əri vurğulayıb.  

Düzgün gidalanmamaq səbəbindən Semin dişlərində problemlər yaranıb.

Semin sözlərinə görə, bir anda o, daha belə davam edə bilməyəcəyinə qərar verib və həyatını dəyişməli olub. Altı ayda Asgari 40 kiloqramdan çox arıqlayıb, bədənini və zehnini qaydasına salıb və modellik karyerasına başlayıb. Bir müddət sonra o, sevgi hekayəsinin başladığı Britni Spirsin klipinə çəkilib.  

Qeyd edək ki, Britni Spirs və Sem Asgari ötən ilin yayında müğənninin Kaliforniyadakı “Tousan Oaks” malikanəsində evləniblər. Britni üçün bu evlilik üçüncü idi, o, əvvəllər toydan 55 saat sonra ayrıldığı Ceyson Alexander və 2004-2007-ci illərdə oğullarının atası, rəqqas Kevin Federlayn ilə evli olub. 

2023-cü ilin avqustunda Sem Asgari müğənninin xəyanəti, hücumu və qeyri-adekvat psixi vəziyyətinə görə Britni Spirsdən boşanmaq üçün məhkəməyə müraciət edib. Fitnes modeli nikah müqaviləsinə yenidən baxılmasını və vəkillərin ödənişini tələb edib. 















Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO