Bakıda Müslüm Maqomayev və xanımının ulduz imzası \

Bakıda Müslüm Maqomayev və xanımının ulduz imzası \"Şöhrət Xiyabanı\"na həkk olundu - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda Müslüm Maqomayev və xanımının ulduz imzası \"Şöhrət Xiyabanı\"na həkk olundu - FOTO/VİDEO

151889

Ötən axşam "Sea Breeze" ailəvi-istirahət mərkəzinin ərazisində yerləşən "Şöhrət Xiyabanı"nda əfsanəvi musiqiçi, SSRİ və Azərbaycan SSR xalq artisti, milyonların kumiri Müslüm Maqomayevin ulduzunun qoyulması ilə bağlı təntənəli mərasim keçirilib. 

Bizim.Media xəbər verir ki, sözügedən mərasimdə mərhum sənətkarın həyat yoldaşı, sovet və rus opera müğənnisi, SSRİ və Azərbaycanın xalq artisti Tamara Sinyavskayaya iştirak edib.

Təşkilatçılar Tamara xanıma gözlənilməz sürpriz ediblər. Belə ki, onlar T.Sinyavskayanın da ulduz imzasını "Şöhrət Xiyabanı"na həkk ediblər.

Açılışda görkəmli müğənnilərin pərəstişkarları deyil, həm də Maqomayevlər və Sinyavskaya ailələrinin yaxın dostları, Xalq artisti, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Müslüm Maqomayevi həmişə onun çıxışlarında müşayiət edən Xalq artisti Çingiz Sadıxovun xanımı Ceyran Sadıxova da iştirak ediblər. 

Fəxri qonaqlar arasında Rusiyanın Azərbaycandakı səfirliyinin nazir müşaviri Petr Volokovıx, Azərbaycan Respublikasındakı Rus Evinin rəhbəri İrek Zinnurov, Mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini — Birinci vitse-prezidentin protokol sektorunun müdiri, 2-ci dərəcəli dövlət müşaviri, fövqəladə və səlahiyyətli səfir Eldar Rzayev də olub.

“Müslüm Maqomayevin ulduz imzasının məhz bu ildə - dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi ilində "Şöhrət Xiyabanı"na həkk olunması əlamətdardır. Müslümün taleyi Heydər Əliyevin və onun ailəsinin adı ilə qırılmaz şəkildə bağlıdır”, - deyə Tamara Sinyavskaya bildirib.
Mərasimdə “Sea Breeze” Şöhrət Xiyabanının təşəbbüskarı, Xalq artisti, Maqomayevlər ailəsinin yaxın dostu Emin Ağalarov da fəxri qonaqlar sırasında yer alıb.

“Tamara xanıma bu, bizim hədiyyəmizdir. Qərara gəldik ki, siz də açılış mərasimdə iştirak etməlisiniz. Hər zaman Müslüm Maqometovlə  birlikdə olmalısınız", - deyə Emin vurğulayıb.

Sonda o, Tamara xanıma "Şöhrət Xiyabanı"nın nominal ulduzunu təqdim edib. 
 










Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO