Nazilə Səfərli: “Nicat çox ağır cəzalandı, ömürlük vicdan yarası var” - FOTO

Nazilə Səfərli: “Nicat çox ağır cəzalandı, ömürlük vicdan yarası var” - FOTO

Hazırda oxunan: Nazilə Səfərli: “Nicat çox ağır cəzalandı, ömürlük vicdan yarası var” - FOTO
151015
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şairə və qiraətçi Nazilə Səfərli dəhşətli qəza keçirən “Nikosayağı” adı ilə məşhurlaşan bloqer Nicat Şakirli ilə bağlı paylaşım edib. 
 
Bizim.Media xəbər verir ki, bloqerin oğlu ilə birgə çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Nazilə baş verən hadisədən sarsıntı keçirdiyini yazıb. 

“Eşidəndən özümə gələ bilmirəm. Şəxsi tanışlığım olmasa da bir azərbaycanlı balasının pis günü olmasın. Hamının həyatda səhvi olur. Heç kim günahsız deyil. Allah səni körpə balana bağışlayıb. Allah qəzada ölən, ömrü nakam qalan oğlana da rəhmət eyləsin. İndi onun anası nə çəkir? Kaş deməyimiz gec olsa da kaş heç olmayaydı. Sükan arxasında olanlar içi mən qarışıq çox diqqətli olmalıyıq. Bizim səhvimizdən özümüzün və başqalarının çırağı sönməsin. Sərt ittiham edənlərə də sözüm budur ki, ağır cəza almışları danlamazlar. Məhkəməsiz, sorğusuz da Nicat çox ağır cəzalanıb. Ömürlük vicdan yarası var. Nikonun atasının yerinə siz də ola bilərdiniz. Bu hadisədən hamı dərs alıb məncə...”, - deyə N.Səfərli vurğulayıb. 

Qeyd edək ki, Nicatın idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində dərhal xəstəxanaya çatdırılan bloqerin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.     

Nazilə Səfərli: “Nicat çox ağır cəzalandı, ömürlük vicdan yarası var” - FOTO - foto 1
Nazilə Səfərli: “Nicat çox ağır cəzalandı, ömürlük vicdan yarası var” - FOTO - foto 2

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO