Özkan Uğur son mənzilə yola salındı - FOTO/VİDEO

Özkan Uğur son mənzilə yola salındı - FOTO/VİDEO

Hazırda oxunan: Özkan Uğur son mənzilə yola salındı - FOTO/VİDEO
145661
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 8-də qəfil dünyasını dəyişən “MFÖ” qrupunun solisti Özkan Uğurla vida mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, İstanbulun Atatürk Mədəniyyət Mərkəzində təşkil olunan vida mərasimində bir çox məşhurlar iştirak edib.  

Sənətkarın həmkarı Mazhar Alanson “Özkanım, indi burada olduğunu hiss edirəm. Onsuz da hər zaman qəlbimizdə qalacaqsan. 2-3 gündür halımız pisdir. Xanımı və oğluna baş sağlığı verirəm. Hamı pisdir, ağlayır.

Özkanın məşhur sözləri var: üçümüz maşında heç kimin bizi başa düşməməsi üçün quş dilində danışırdıq. Özkanın istedadı müzakirə edilməz. Bizi niyə buraxıb getdin, Özkan. Səni görə biləcəyimiz yer yuxumuzdur” sözlərini dilə gətirib.  
Qeyd edək ki, 69 yaşında vəfat edən Ö.Uğur uzun müddət xərçənglə mübarizə aparırdı. 

 



Özkan Uğur son mənzilə yola salındı - FOTO/VİDEO - foto 1
Özkan Uğur son mənzilə yola salındı - FOTO/VİDEO - foto 2
Özkan Uğur son mənzilə yola salındı - FOTO/VİDEO - foto 3

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO