Enrike İqlesias gizlincə EVLƏNİB – FOTO 

Enrike İqlesias gizlincə EVLƏNİB – FOTO 

Hazırda oxunan: Enrike İqlesias gizlincə EVLƏNİB – FOTO 
145484
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünya şöhrətli pop ulduz Enrike İqlesias və Anna Kurnikova gizli evləniblər.

Bizim.Media xəbər verir ki, müğənninin qardaşı, kiçik Hulio İqlesias bu barədə İspaniya televiziyasına müsahibəsində danışıb. 

Hulio aparıcı Sonsoles Oneqa ilə söhbəti zamanı təsadüfən Enrikenin şəxsi həyatını üzə çıxarıb.

O bildirib ki, qardaşı sadəcə olaraq böyük şənlikləri və ictimaiyyətin diqqətini sevmir, ona görə də böyük toy etməkdən boyun qaçırıb: 

“Ancaq Enrike 25 ilə yaxındır ki, Anna ilə münasibətdədir və onların üç gözəl övladı var”. 

Qeyd edək ki, Enrike İqlesias və Anna Kurnikova rusiyalı tennisçinin müğənninin sevgilisini canlandırdığı “Escape” mahnısına çəkilən klipin çəkiliş meydançasında tanış olublar.
O vaxtdan bəri cütlük ayrılmayıb, ancaq qapalı həyat tərzi sürüblər, buna görə də ictimaiyyət ailələri haqqında çox az məlumatlı olub. Cütlüyün üç övladı var. 2017-ci ildə Anna əkizlər Nikolay və Lyusini, iki il sonra isə qızı Maşanı dünyaya gətirib. 

Enrike İqlesias gizlincə EVLƏNİB – FOTO  - foto 1

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO