Günay Yelmarqızı “Bolt”un sürücüsünün hücümuna MƏRUZ QALDI - FOTO  

Günay Yelmarqızı “Bolt”un sürücüsünün hücümuna MƏRUZ QALDI - FOTO  

Hazırda oxunan: Günay Yelmarqızı “Bolt”un sürücüsünün hücümuna MƏRUZ QALDI - FOTO  

142397

ATV kanalının xəbər aparıcısı Günay Yelmarqızı taksi sürücüsünün hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı televiziya ulduzu sosial şəbəkə hesabında məlumat yayıb. 

G.Yelmarqızı bildirib ki, sürücü idarə etdiyi avtomobili onun üzərinə sürüb: 

““Bolt”la işə gəlirəm. 4 manat gediş haqqı yazıb. ATV-yə çatanda 5 manat verdim. Dedim ki, zəhmət olmasa, 4 manat çıxın. Sürücünün xoşuna gəlmədi nəsə. Kobudluq etməyə başladı:

“Nə qədər çıxmalı idim ki?” Deyirəm, 4 manat yazıb, mən də söyləyirəm ki, 4 manat çıxın da. Deyir ki, bilirəm də 4 manatdır. Görmürəm? Düzü, bu hikkəni anlamadım. Adətən hansısa məbləği uzadırıq və deyirik ki, filan qədər çıxın. Bu cür insanlarla uzun deyişmədən də qaçdığım üçün söhbəti uzatmadım. Düşdüm…
Sadəcə dedim ki, bu nə danışıq tərzidir? Belə xidmət olmur. Maşının arxasından keçəndə üzərimə sürdü, arxada olduğumu bilə-bilə. Maşını vururam ki, nə edirsiniz, arxadan keçirəm. Yenə dayanmır. ATV mühafizə xidməti belə bunu hiss etdi və çıxıb irad bildirdi. Ondan sonra başladı qışqıraraq məni günahkar çıxarmağa.

Baxdım və düşündüm ki, bu adamın ən böyük cəzası elə bu tərbiyədə və xarakterdə olmağıdır. Ona görə nömrəsini paylaşıb şikayət etmədim. Onu qurban edirəm içimdəki insanlıq duyğusuna.

Sadəcə bölüşürəm, başqa sürücülərə nümunə olsun. Adətən mən ödənişi tam verirəm. Heç vaxt qəpik qalığı almıram. Hətta 3 manat 5 qəpik və ya 10 qəpik olsa belə, 4 manat ödəyirəm. Amma görünən odur ki, bəziləri buna layiq deyil”. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO