Dadodan keçmiş həyat yoldaşı Natavana: “Evlənmək bizim kimi insanlar üçün deyil” – VİDEO 

Dadodan keçmiş həyat yoldaşı Natavana: “Evlənmək bizim kimi insanlar üçün deyil” – VİDEO 

Hazırda oxunan: Dadodan keçmiş həyat yoldaşı Natavana: “Evlənmək bizim kimi insanlar üçün deyil” – VİDEO 
139340
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Natavanla münasibətim yaxşıdır. Uşağımın anası da, anasının bacısı da övladıma padişah balası kimi böyüdüb saxlayırlar. Onların önündə baş əyirəm”.

Bizim.Media xəbər verir ki, bu sözlər “Dado” ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Səid Əliyev qonaq olduğu “Səhərin səsi” verilişində deyib.

Keçmiş müğənni həyat yoldaşı Natavan Həbibi ilə münasibətlərindən söz açan sənətçinin sözlərinə görə, hər ikisi anlayıb ki, ailə qurmaqda səhv addım atıblar:

“Öz aramızda nə olubsa, hamısını qoyuram kənara. Bir-birimizin evinə tez-tez gedib gəlirik. Arada aramızda sıxıntılar oldu, sonra bir-birimizi başa düşdük. Natavanla mənim münasibətimdə üçüncü şəxslərin müdaxiləsi vardı. Sonda başa düşdük ki, evlənmək bizim kimi insanlar üçün deyil”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO