Brilliant: “Həyat yoldaşımı başqa qızla gördüyüm üçün özümü öldürmək istəyirdim” – VİDEO 

Brilliant: “Həyat yoldaşımı başqa qızla gördüyüm üçün özümü öldürmək istəyirdim” – VİDEO 

Hazırda oxunan: Brilliant: “Həyat yoldaşımı başqa qızla gördüyüm üçün özümü öldürmək istəyirdim” – VİDEO 

139280

“Biz evlənəndə həyat yoldaşım Ədalət Hacıyev “Mərkəzi komitə”də çalışırdı. Səhərdən axşama kimi işdə olurdu. 1988-ci ildə mən Ədalətlə evlənəndə artıq sənətdə idim. O illərdə universitetdə oxuyurdum. 1985-ci ildə “Bir daha yaşayırıq” mahnısını oxumuşdum və məni artıq hamı tanıyırdı. Elə o ildə Ədalətlə tanış olmuşduq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “El canlı” verilişində deyib.

Sənətçi bildirib ki, tanış olduğu və ailə qurduğu illərdə o çəkilişlərə hər zaman həyat yoldaşı ilə birlikdə gedib:

“Bütün çəkilişlərə Ədalətlə bir yerdə gedirdim. Amma səhnə arxasında qalırdı. Rejissorları, aparıcıları tanıyırdı. Ona sual verirdilər ki, “Həyat yoldaşın səhnə insanıdır. Necə olacaq sizin bu münasibətləriniz?” Ədalətdə cavab verirdi ki, “Həkim olsaydı, növbədə onunla otura bilməyəcəkdim. Yaxşı ki, sənət insanıdır. Yanında rahat gedə bilirəm”. Ədalət hər zaman səhnə arxasında qalıb. O, ağır insandır”.

B.Dadaşova vurğulayıb ki, universitet illərində həyat yoldaşı Ədalət Hacıyevi başqa qızla avtomobildə gördüyü üçün özünü öldürmək istəyib:

“Vaxt var idi, Ədalətə görə özümü öldürmək istəmişəm. Universitetdə oxuduğum zaman rəfiqəm Zülfiyyə Xanbabayeva dedi ki, özünü qana qəltan etmək lazım deyil, sənə dərman verəcəm onu içib ölərsən. Dörd ədəd qara dərman verdilər mənə. Düşündüm ki, həblər qara rəngdədirsə, 100 faiz məni bu dərmanlar öldürəcək. Getdi, oturdum avtomobildə fikirləşdim ki, özümü burada öldürüm. Evdə etsəm nənəm qorxar. Bu dərmanları içdim amma gördüm ki, ölmürəm.

Bir-iki saatdan sonra gedib soruşuram ki, “Bu nə dərmandır mənə vermisiniz, içdim, ölmədim?” Cavab olaraq söylədilər ki, həzm prosesi yaxşı getmək üçün üçün dərman olub. Ədaləti bir qızla görmüşdüm. Dedim ki, özümü öldürəcəm. O da mənə gülüb demişdi ki, “Dəlisən, məndən xahiş etmişdilər ki, qonşumuzun qızını aparım bir yerə”. Onları birlikdə avtomobildə görmüşdüm”. 
Qeyd edək ki, Ədalət Hacıyev Səməd Vurğun adına Akademik Rus Dram teatrının direktorudur. Brilliant və Ədalət cütlüyünün Cahad adlı bir oğlan övladı var. 
 



Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO