Gülay Zeynallı

Gülay Zeynallı "mal-qara" biznesi ilə məşğul olur? - VİDEO

Hazırda oxunan: Gülay Zeynallı "mal-qara" biznesi ilə məşğul olur? - VİDEO

129338

Müğənni Gülay Zeynallı açıqlaması ilə gündəmə gəlib.  

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "7 canlı" axşam şousunda "Deyirlər ki, Gülay mal-qara biznesi ilə məşğul olur" sözlərinə cavabı ilə diqqətləri üzərinə cəmləyib.

G.Zeynallı xeyli güldükdən sonra sözügedən məsələyə belə münasibət bildirib:

"Bacım Füzuli rayonunda artıq 16 ildir ki, ailəlidir. Onların yanına tez-tez gedib-gəlirəm. Bir dəfə bacım Könülə dedim ki, bir-iki mal-qara alım, saxla həyətində həyat yoldaşın, uşaqlar baxsın. Sonra yavaş-yavaş sayını artırarsınız.  

Cəmi iki qoyun aldım verdim. İki gündən bir zəng vurub bacımdan soruşurdum ki, qoyunların sayı artı? O, qədər zəng vurub soruşdum ki, sonda bacım mənə söylədi ki, gəl qoyununu götür, apar. Qoyunları neçəyə aldığımı bilmirəm. Çünki onları mənim pulumla kürəkənim almışdı". 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO