Cavan Zeynallının həyat yoldaşı ilbizdən VƏFAT EDİB? - VİDEO

Cavan Zeynallının həyat yoldaşı ilbizdən VƏFAT EDİB? - VİDEO

Hazırda oxunan: Cavan Zeynallının həyat yoldaşı ilbizdən VƏFAT EDİB? - VİDEO
128039
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xalq artisti Cavan Zeynallı aylar əvvəl dünyasını dəyişən həyat yoldaşı Röya Zeynalovadan danışıb. 

Bizim.Media xəbər verir ki, cazmen qonaq olduğu “Günün sədası” verilişində xanımının beş ay yataq xəstəsi olduğunu açıqlayıb. 

C.Zeynallı bildirib ki, xanımı beş müxtəlif xəstəxanalarda müalicə alsa da, heç bir nəticə verməyib: 

“Röya 5 ay xəstəxanalar gəzdi. Mən də onunla qalırdım xəstəxanada. Həkimlər dedi ki, bir az keçsin, oturacaq. Nə gəzirdi, nə otururdu. 5 ay uzanıqlı vəziyyətdə qaldı. 3-cü ayda başqa xəstəxanaya apardım, dedilər ki, 3 ay keçəcək arabadan düşüb gəzə biləcək. Bu xəbərə elə sevindim ki... Onu apardım gəzdirdim.
Sevindim ki, aylar sonra həyat gördü. Amma yenə də uzanırdı. Röya xəstəxanada yox, evdə qalmaq istəyirdi. Gətirdik evə. Daha sonra həkimlər evə gəlirdilər, müalicə, masaj edirdilər. Röya çox az yemək yeyirdi”. 

Proqramın aparıcısı Nanə Ağamalıyeva sənətkarın xanımının vəfat etməsini bədəninə ilbiz qoyulması ilə əlaqələndirib: 

“Röya xanım sağlam bir insan idi. Bu, el arasında yayılan və bilinən üsuldur. Amma Röya xanımda ilbiz düzgün yerə qoyulmayıb və fəsadla nəticələnib. Problem həddindən artıq çox böyüyüb. Düzgün müalicə aparılıb, aparılmayıb bilmirəm”. 
Nanənin bu fikirlərinə isə C.Zeynallı “Efirdəyik, evdə olsaydıq danışardım. İndi bizə milyonlarla insan baxır, olmaz. Çox şey ürəyimdədir” cavabını verib. 
 



Cavan Zeynallının həyat yoldaşı ilbizdən VƏFAT EDİB? - VİDEO - foto 1

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO