Afaq Bəşirqızı:

Afaq Bəşirqızı: "Oqtay, səni də ölüm apardı, Dilarə, niyə belə oldu?"

Hazırda oxunan: Afaq Bəşirqızı: "Oqtay, səni də ölüm apardı, Dilarə, niyə belə oldu?"

126842

Xalq artisti Afaq Bəşirqızı da dünən yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edən Oqtay Əliyevlə bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, mərhumun fotosunu sosial şəbəkə hesabında yayımlayan sənətkar onunla bağlı xatirələrini bölüşüb və O.Əliyevin xanımı Əməkdar artist Dilarə Əliyevaya başsağlığı verib:

"Ölümün sərt üzü qocaya-cavana, doğmaya-yada, yaxına-uzağa, dost-düşmənə baxmaz. Gəldin, deməli, getməlisən. Sən də getdin, Oqtay, səni də ölüm apardı. Bir anın içində, nə bilim... Elmiraya, Vidadiyə, Elçinə, qızlarına necə verəcəyəm bu başsağlığını? Hələ onun adını çəkmirəm, onun adını çəkməyə qorxuram, onu görməkdən qorxuram... Dilarə... Niyə belə oldu?
Nə edim? Kimin yerinə səndən üzr istəyim, Dilarə? Oqtayın yoxluğunun bir zərrəsini nə ilə doldurum? Nə ilə aldadım səni? Necə sənə yalan danışım? Bütün istedadımı, bütün aktyorluğumu işə salım, amma alınmayacaq, səni aldada bilməyəcəyəm. Səni aldatmaq qeyri- mümkündür.

Dilarə, sənə qurban. Bilirəm, güclüsən, çiyinlərin həmişə yük altında olub. Yayda qış, qışda yay dərdi çəkmisən. Nə danışa bilirəm, nə sakitləşə bilirəm. 

Cismin bu dünyadadır, amma ruhun artıq çoxdan çıxıb gedib. Oqtay fələyin yazısı ilə getdi. Rahat yat, qardaşım. O narahat ruhunla rahat yat. Başqa nə deyim... Səni yaşadacaqlar. Sənətkarların oğlusan, sənətkarın ömür-gün yoldaşı olmusan, balaların səni yaşadacaq.

Allah sənə rəhmət eləsin, dostum. Qalanlara səbr, dözüm, mətanət arzulayıram. Vəssalam...", - deyə A.Bəşirqızı vurğulayıb.


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO