Rəşad İlyasov Eyfel qülləsinin önündə kanon çalıb, mahnı oxudu – VİDEO

Rəşad İlyasov Eyfel qülləsinin önündə kanon çalıb, mahnı oxudu – VİDEO

Hazırda oxunan: Rəşad İlyasov Eyfel qülləsinin önündə kanon çalıb, mahnı oxudu – VİDEO

126605

Xəbər verdiyimiz kimi, Əməkdar artist Rəşad İlyasov həkim-pediatr həyat yoldaşı Gülnarə xanımla birlikdə Almaniyaya yollanıb. 

Bizim.Media xəbər verir ki, Novruz bayramı ilə əlaqədar Köln şəhərində həmvətənlərimiz üçün təşkil edilən şənlikdə səhnə aldıqdan sonra sənətçi Fransanın döyünən ürəyi Parisə gedib. 

R.İlyasov Eyfel qülləsinin önündə kanon çalaraq, mahnı ifa edib. Müğənni “Yaz gəldi” nəğməsini oxuyub. 

Xanımının çəkdiyi görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşan Rəşad “Beləsi olmamışdı. Fransadan - Eyfel qülləsindən Novruz təbriki” şərhini yazıb. 

Həmin videonu sizə təqdim edirik: 
 






Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO