Aynişanın Şri-Lankadakı “qızmar” MACƏRASI - FOTO/VİDEO

Aynişanın Şri-Lankadakı “qızmar” MACƏRASI - FOTO/VİDEO

Hazırda oxunan: Aynişanın Şri-Lankadakı “qızmar” MACƏRASI - FOTO/VİDEO
126236
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyeva Novruz tətili başlar-başlamaz Şri-Lankaya yollanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Aynişan sosial şəbəkə hesabında məlumat yayıb. 

Bloqer turistlərin axın etdiyi Şri-Lankanın məşhur 1200 pilləkanından ibarət “Lion Rock”a (Şir qalası) gedib. 

“Ümid edirəm ki, biz həmin zirvəyə qalxa biləcəyik. Hədsiz çox isti var. 40 dərəcəyə yaxın isti var. Bədənimə “SPF” (gün qoruyucu) krem sürtmüşəm ki, günün şüaları dərimi yandırmasın”, - deyə Quliyeva vurğulayıb. 

Növbəti paylaşımında Aynişan sözügedən zirvəyə qalxdığını bildirib: 

“Təxmini 350 metr hündürlüyə qalxdım. Buradan isə bütün Şri-Lankanı görə bilirəm. Arxada gördüyünüz bu məkan isə keçmiş kralın yataq otağı olub. Bura çox maraqlıdır və çox sayda turist var. Onların arasında azərbaycanlılar, türklər və ruslar çoxluq təşkil edir”. 

Rəşad Əliyev, Bizim.Media
 


Aynişanın Şri-Lankadakı “qızmar” MACƏRASI - FOTO/VİDEO - foto 1
Aynişanın Şri-Lankadakı “qızmar” MACƏRASI - FOTO/VİDEO - foto 2
Aynişanın Şri-Lankadakı “qızmar” MACƏRASI - FOTO/VİDEO - foto 3
Aynişanın Şri-Lankadakı “qızmar” MACƏRASI - FOTO/VİDEO - foto 4

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO