Kəmalə Ağazadə: “Təranənin yeddi aylıq qızı heç üç aylıq körpə boyda deyil” - VİDEO

Kəmalə Ağazadə: “Təranənin yeddi aylıq qızı heç üç aylıq körpə boyda deyil” - VİDEO

Hazırda oxunan: Kəmalə Ağazadə: “Təranənin yeddi aylıq qızı heç üç aylıq körpə boyda deyil” - VİDEO
120766
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aparıcı-prodüser Tarix Əliyevin (Tolik) “TikTok” sosial şəbəkə hesabında açdığı canlı yayımına qoşulan Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə Ağazadə iki gün əvvəl həbs olunan prodüser Təranə Səmədovanın qız övladları Suel ilə Adelin səhhətindən danışıb.

Bizim.Media xəbər verir ki, hazırda sığınacağa yerləşdirilən Səmədovanın yeddi aylıq körpənin sağlamlıq vəziyyətinin pis olduğunu dilə gətirib:

“7 aylıq körpəni necə təsəvvür etmək olar? O, hazırda heç üç aylıq körpə boyda deyil. Hiss olunur ki, uşaq düzgün qidalanmayıb. Bu gün bunu pediatrlar da dedi. Sabah artıq qan testlərinə başlanılacaq.
Düşünürəm ki, həkimlər körpə ilə bağlı müalicə yazacaqlar. Çünki 7 aylıq körpənin əmgəki böyük ölçüdədir. 7 ayında əmgək yığılmalı idi. Bu, həm də onun gözlərindən hiss olunur. Sabah qan analizlərindən sonra hansı müalicələrin başlanacağı bilinəcək”.

K.Ağazadə Təranənin 13 yaşlı qızı Suelin gördüklərindən psixoloji travma aldığını bildirib:

“Böyük qızı Suelə gəlincə isə… Onun daha çox psixoloji travmalarının aradan qaldırılması üçün çox zaman lazım olacaq. Suel artıq 13 yaşında deyil. O 30 yaşlı qadın kimi düşünür. Yeddi aylıq körpə isə ağlamır”.
Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO