Bəhram ona mənfi şərh yazanlara QƏZƏBLƏNDİ - FOTO

Bəhram ona mənfi şərh yazanlara QƏZƏBLƏNDİ - FOTO

Hazırda oxunan: Bəhram ona mənfi şərh yazanlara QƏZƏBLƏNDİ - FOTO
118604
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Hörmətli olmayan qeyri-dostlar! Sizin qəzəbiniz o qədər əvvəldən bilinəndir ki, hətta sizinlə həqiqətən darıxdırıcıdır".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkə hesabında yazıb.

Sənətçi onu gözü-götürməyən, sosial şəbəkədə haqqında xoşaqəlməz sözlər yazan izləyicilərə etirazını bildirib:

"Bəlkə sosial mediamı oxumağı dayandırasınız? Niyə özünüzə belə işgəncə verirsiniz? Yoxsa o qədər intellektdən məhrumsunuz ki, öz neqativinizi kiməsə tökmək üçün sadəcə fizioloji istəkləriniz var? Düzünü desəm, bundan bezmişəm... Tək mən yox... Çingiz Abdullayev, Anar, Həmid Həmidov və bir çoxları da daimi çirkab şəlalələrinə və çirkli sellərə məruz qalırlar.
Səhifələrimdə nə etdiyimi, hansı dildə yazdığımı, hansı fikirləri paylaşdığımı və necə kreativ olduğumu bəyənmirsiniz? Onda buradan gedin! Daha yaxşısı, psixoloq və ya psixiatrın yanına gedin. Mənimlə eyni dalğada olan bütün həmfikirlərimə şadam.

Qalanları üçün sosial şəbəkələrdəki səhifələrim bağlıdır. Qaranlıq enerjinizi atmaq üçün özünüzə başqa bir yer tapın. Buradan xoş getdiniz!”, - deyə Bəhram Bağırzadə qeyd edib.

Rəşad Əliyev, Bizim.Media

Bəhram ona mənfi şərh yazanlara QƏZƏBLƏNDİ - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO