Aşıq Samirədən Hüseyn ilə aktrisa xanımının iddialarına CAVAB: “Heç kimin fikri mənə önəmli deyil” - ÖZƏL

Aşıq Samirədən Hüseyn ilə aktrisa xanımının iddialarına CAVAB: “Heç kimin fikri mənə önəmli deyil” - ÖZƏL

Hazırda oxunan: Aşıq Samirədən Hüseyn ilə aktrisa xanımının iddialarına CAVAB: “Heç kimin fikri mənə önəmli deyil” - ÖZƏL

114959

Xəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun həyat yoldaşı Dövlət Akademik Opera və Balet Teatrının aktrisası Aysel İbrahimova "Səs Azərbaycan - Doğma nəğmələr" müsabiqəsinə qatılaraq, "Gözümdə Leylisən" adlı mahnısını ifa edib və aşıq Samirə Əliyevanın komandasını seçib.

Ertəsi gün isə Hüseyn sosial şəbəkə hesabında "Aşıq, saz çalan estradadan danışırsa, kül Azərbaycan estradasının başına" sözlərini yazaraq, aşıq Samirə ilə dost münasibətinin üstündən xətt çəkib. Bunun ardından klarnet ifaçısının xanımı Aysel sosial şəbəkə hesabında videoaçıqlama yayaraq “"Aşıq Samirəni ona görə seçmədim ki, o, böyük sənətkardır. Xeyr!” sözlərini dilə gətirib. 

Qalmaqallı məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Əməkdar artist Samirə Əliyeva (Aşıq Samirə) ilə əlaqə saxlayıb. 

Sənətçi onunla bağlı Hüseyn Məhəmmədoğlunun və xanımı Aysel İbrahimovanın səsləndirdiyi ittihamlara belə münasibət bildirib: 

“Heç kimin fikri mənə önəmli deyil. Bu beynəlxalq layihədir, hər halda kimin harada yer alması təcrübəli və peşəkar insanlar tərəfindən təyin edilir. Yarışma olan yerdə söz-söhbət hər zaman olur. Elə bir yarışma yoxdur ki, hamı razı qalsın. Bu isə normal haldır”. 

“Hüseyn sosial şəbəkə hesabında sizinlə dostluğunu bitirdiyini yazıb. Siz də onunla dostluğunuza son qoymusunuz?” sualına aşıq Samirə “Mənim daha vacib işlərim var” qısa cavabını verib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO