“Qızıl Qlobus 2023“ün DƏBDƏBƏLİ OBRAZLARI - FOTO

“Qızıl Qlobus 2023“ün DƏBDƏBƏLİ OBRAZLARI - FOTO

Hazırda oxunan: “Qızıl Qlobus 2023“ün DƏBDƏBƏLİ OBRAZLARI - FOTO

114185

“Yanvarın ən çox gözlənilən mötəbər gecəsi Los-Ancelesdə baş tutub. Bu il də 80 illik yubileyi üçün təşkil edilən Qızıl Qlobus (Golden Globe) Mükafatlarına dünyaca məşhur ulduzlar toplaşmışdı. 

Bizim.Media xəbər verir ki, mükafatlandırma mərasimindən əvvəl qırmızı xalıda dəbdəbəli geyimlərdə bərq vuran ulduzların bolluğu yaşanıb. 

Aktrisa Margot Robbie solğun çəhrayı rəngində “Chanel” markasına məxsus libasda, zərif həmkarı Cessika Çesteyn isə daşlarla işlənmiş “Oscar de la Renta” əlbisəsində görünüb.  



Yeni məşhur, “Wednesday” serialının ulduzu özünə xüsusi diqqət çəkib. Jenna Orteqa “Gucci” brendinə aid libasda göz qamaşdırıb.  



Təpədən dırnağa “Louis Vuitton” markasına bürünən Ana de Armasın zərif obrazı diqqətdən yayınmayıb.  



49 yaşlı Haydi Klumun parlayan mini ətəyi isə gecədə sensasiya yaradıb. Model “Germanier” brendindən olan lələklərlə bəzədilmiş qısa libasa üstünlük verib. 



Dünya pop səhnəsinin ulduzu, Barbados gözəli Rihanna “Schiaparelli” moda evinin ərsəyə gətirdiyi həcimli qara libasda əri ili birlikdə göz önünə çıxıb. Rihannanın həmkarı Selena Qomez isə qotik üslubda “Valentino” brendinə aid əlbisə də göz qamaşdırıb.  





Rəşad Əliyev,  Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO