Atasından Aysuna doğum günündə 50 minlik HƏDİYYƏ - FOTO

Atasından Aysuna doğum günündə 50 minlik HƏDİYYƏ - FOTO

Hazırda oxunan: Atasından Aysuna doğum günündə 50 minlik HƏDİYYƏ - FOTO

113837

Müğənni Aysun İsmayılova özünə dəbdəbəli doğum günü məclisi keçirib. 

Bizim.Media xəbər verir ki, 25 yaşı tamam olan sənətçinin özəl günündə həyat yoldaşı Eşqin Cəlilov, ailə üzvləri və yaxın dostları və bir  iştirak edib. 

Doğum günündə Aysun imicinə də əl gəzidirib. İsmayılova qara saçlarını sarıya boyadaraq 180 dərəcə dəyişib.  
İfaçı gecədə əvvəlcə gümüşü, daha sonra isə qara rəngdə libas geyinib. Doğum günü tortunun dadına baxan Aysuna atalığı? iş adamı Fazil Əmiraslanov lüks “Cartier” markasına məxsus qol saatı hədiyyə edib.

Sözügedən hədiyyəni qonaqlar qarşısında açıb, nümayiş edən İsmayılova təəccübünü gizlədə bilməyib. Qol saatının 50 min manat dəyərində olduğu bildirilib.  

Gecədə Aysunun həyat yoldaşı Eşqin Cəlilovla mehriban və səmimi görüntüləri fotoqraf tərəfindən anbaan lentə alınıb. Həmin şəkilləri isə müğənni sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək “Ən gözəl günümü özəl etdiyin üçün Eşqin sənə təşəkkür edirəm” şərhini yazıb. 
 














Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO