Çingiz Əhmədov 60 YAŞINDA - FOTO/VİDEO 

Çingiz Əhmədov 60 YAŞINDA - FOTO/VİDEO 

Hazırda oxunan: Çingiz Əhmədov 60 YAŞINDA - FOTO/VİDEO 

112013

Əməkdar artist Çingiz Əhmədov 60 yaşına qədəm qoyub. 

Bizim.Media xəbər verir ki, sənətkar yubileyini ailəsi ilə birlikdə paytaxt restoranlarının birində qeyd edib.  

Aktyorun özəl günündə vəkil həyat yoldaşı Mehriban xanım, oğlu İbrahim Çingiz, hamilə gəlini Aydan Axundzadə və onun bacısı Fidan Axundova və sənət yoldaşları iştirak edib.  

Xalq artisti Eyyub Yaqubov isə həzin və şuh ifaları ilə məclisə rəng qatıb.  

Həmin anları isə bu günün səbəbkarının oğlu İbrahim lentə alaraq, sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Görüntülərdə sənətkarın övladı qonaqlar qarşısında atasını səmimi şəkildə təbrik edərək, ona olan arzularını dilə gətirib:  

"14-15 yaşımda atamın tamaşalarına baxırdım. Bu gün 30 yaşım var, artıq o tamaşalara başqa cür baxıb, qəbul edirəm. Hər kəsə arzu edirəm ki, Allah ömür versin, ataları yanlarında olsun. Hər zaman ataları onlara dəstək olsun. Atalarını hər zaman sağlam, ayaq üstə görsünlər. Ürəkdən atamı təbrik edirəm. Atamın səhnədə çox böyük uğurları var. Amma ona can sağlığı arzu edirəm. Arzu edirəm ki, atam hər zaman mənim və Azərbaycan xalqının yanında olsun. Uğurları bol, sağlam həyatı olsun. Əsas da budur". 
Qeyd edək ki, Aydan Axundzadə ilə evli olan İbrahim bir neçə aydan sonra qız atası olacaq. Aktyor Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çalışır.   

Rəşad Əliyev, Bizim.Media

 










Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO