Vəkil ilə şairin davasının kadr arxası görüntüləri yayımlandı - VİDEO

Vəkil ilə şairin davasının kadr arxası görüntüləri yayımlandı - VİDEO

Hazırda oxunan: Vəkil ilə şairin davasının kadr arxası görüntüləri yayımlandı - VİDEO

107306

Xəbər verdiyimiz kimi, ötən axşam “Təsir dairəsi” ictimai-sosial verilişində ekspertlər vəkil Şəfiqə Nağıyeva ilə şair Anar Vəziroğlu arasında qalmaqal yaşanıb. Canlı efirdə şair vəkilə hiddətlənərək, əvvəl onu təhqir edib, daha sonra isə üzərinə su atıb.  

Bizim.Media xəbər verir ki, bu gün sözügedən proqramda verilişin aparıcısı Lalə Azərtaş ötən axşam baş verən hadisənin reklam fasiləsi zamanı çəkilən görüntülərini canlı efirdə nümayiş etdirib.

Yayımlanan kadrlarda A.Vəziroğlu kürsüdə əyləşən Ş.Nağıyevaya yaxınlaşaraq onunla mübahisə edib. Mübahisə əsnasında şair vəkilin ünvanına nalayiq ifadələr səsləndirib.

Bu anda isə Ş.Nağıyeva “Rədd ol!” kəlməsini dilə gətirərək, A.Vəziroğlunun üzərinə su atıb. Bundan qəzəblənən şair eyni hərəkəti etmək istədiyi an digər vəkil ekspert tərəfindən qarşısı alınıb. O, şairi studiyadan uzaqlaşdırıb”.
Proqramın aparıcısı L.Azərtaş Şəfiqə Nağıyevanın yanına gələrək onu sakitləşdirməyə çalışıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO