Aysel İbrahimova:

Aysel İbrahimova: "Heç kimin ailəsini dağıtmamışam"

Hazırda oxunan: Aysel İbrahimova: "Heç kimin ailəsini dağıtmamışam"
10691
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Heç kimin xoşbəxt ailəsini dağıtmamışam"

Bizim.Media xəbər verir ki, bunu klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə ailə quran aktrisa Aysel İbrahimova bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

Hüseyn Məmmədoğlu ikinci dəfə evləndi - Nikah FOTOSU 


O, öz sosial şəbəkə hesabından onu ailə dağıtmaqda ittiham edən şəxslərə cavab verib:

"Biz artıq evliyik. 2021-ci ildə evləndik. Heç kimin xoşbəxt ailəsini dağıtmamışam. Dağılmış ailəni necə dağıda bilərəm? Bu mənim nə insanlığıma, nə də xanımlığıma yaraşan bir işdir".

"Mövzu haqqında heç bir fikrə sahib olmadan tənqid etdiyiniz zaman övladlarınızın gələcəyini, qohum və tanışlarınızda boşanmış xanımları düşünün. Kimin ailəsinin nəyə görə dağıldığını bilmədən ağzınıza gələn rəyləri yazırsınız. Heç kim boşuna, kefindən ailəsini dağıtmır".

"Pis heç nə etməmişəm, ailə qurmuşam. Boşananı da, evlənəni də qınayırsınız. Ailə qurmuşam, nə günah işləmişəm ki? Bəziləri kimi ailəli ola-ola min hoqqadan çıxmamışam ki... Cəmiyyətdə xəyanət eden qadınları, uşaqlarınıza pis örnək olan insanları qınamalısınız, ailə quranları yox".

"Evlilik təklifi almışam, boşanma səbəbini bilmişəm, daha sonra tanıyıb razılıq vermişəm. Elçilik olub, qohumları gəliblər valideynlərimdən istəyiblər, daha sonra nişan və nikah baş tutub".

Qeyd edək ki, bu, Hüseyn və Ayselin ikinci nikahıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO