Şəfiqə Nağıyeva Elgizin verilişindən getməsinin səbəblərini AÇIQLADI - VİDEO 

Şəfiqə Nağıyeva Elgizin verilişindən getməsinin səbəblərini AÇIQLADI - VİDEO 

Hazırda oxunan: Şəfiqə Nağıyeva Elgizin verilişindən getməsinin səbəblərini AÇIQLADI - VİDEO 

106783

"Heç bir verilişdən elə-belə getmirəm".  

Bizim.Media xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının həqiqi üzvü, vəkil Şəfiqə Nağıyeva ekspert qismində iştirak etdiyi "Ümid ilə gəl" ictimai-sosial verilişində deyib.  

Vəkil bir neçə həftə öncə "Elgizlə izlə" ictimai-sosial verilişdə ekspert qismində iştirak etdiyi zaman sözügedən proqrama evlənmək üçün müraciət edən Nüsrət adlı şəxsin qarşı tərəfin oğlu ilə bağlı dediyi qalmaqallı fikirlərə görə efiri tərk etməsindən söz açıb.  

Ş.Nağıyeva bildirib ki, övladına kiminsə xoş olmayan sözlər deməsinə heç vaxt icazə verməz:

"Məsələ ondadır ki, 10 il həbs cəzası almış şəxs bunu gülə-gülə fəxrlə dilə gətirir. İslah olan insan odur ki, başını aşağı salıb, xəcalət çəkib desin ki, necə oldu ki, başıma bu cür işlər gəldi.

Tövbə etmişəm, bu cür işlər etməyəcəyəm. Amma həmin şəxs deyir ki, nə olsun həbs olunmuşam. Eyni zamanda efirə məktub göndərir ki, bir qadını istəyir, amma qarşı tərəf bunu istəmir. Deyir ki, onsuzda həmin adamı oğurlayacağam.

Bu isə adam oğurluğudur. Bu insan hələ də özünə gəlməyib. Belə bir insanın ekspertə "Siz niyə görə boşanmısınız?" deyə sual verməsi... Boşanmamı bütün respublika bilir. Heç nəyi həyatımda gizlətmirəm. Hamı həyatımı bilir. Amma ondan sonra bu, ona dərs olmadı. Ona izah etdim ki, belədir. Səndən fərqli olaraq, anamı çox istəyirəm. Bu səbəbdən də ondan ayrıldım.

Amma bu şəxsin sonradan mənə deməsi ki, sənin oğlundan yaxşı insanam. Heç kimə icazə vermərəm ki, oğluma kimsə nə isə desin".  

Vəkil xanım canlı efirdə baş verən qalmaqalda Elgizi günahkar bildiyini açıqlayıb: "Bu hadisədən sonra Elgiz məni maraqlandırmır. O anda ki, oğlumun adı çəkildi... Oğlumu bütün respublika tanıyır. Onun necə övlad olmasını, tərbiysini bilir.

Yeməmişəm, amma onu yedirtmişəm, geyinməmişəm, onu geyindirmişəm. Ona təhsil vermişəm, hüquqşunasdır. Onun çox gözəl ailəsi var. Gözəl qız övladları var. Bu nə deməkdir, həmin verilişdə şərait yaradılsın ki, oğluma kimsə söz desin. Hamının övladı var, onların da adı çəkilə bilər. Bunun üstündən bir xətt çəkirəm. Bu keçmişimdir və məni artıq maraqlandırmır".  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO