İcra başçısının qəzəbinə gələn iş adamının vəkili istintaqı ittiham etdi...

İcra başçısının qəzəbinə gələn iş adamının vəkili istintaqı ittiham etdi...

Hazırda oxunan: İcra başçısının qəzəbinə gələn iş adamının vəkili istintaqı ittiham etdi...

90434
Moderator.az - ın elektron poçtuna Goranboy rayon icra hakimiyyəti başçısı Nizaməddin Quliyevin qəzəbinə gələrək həbsə atılan iş adamı Müqayis verdiyevin vəkili tərəfindən növbəti müraciət daxil olub, onu təqdim edirik:

"Dəyərli vaxtınızı alaraq, nəzərinizə çatdırıram ki, Verdiyev Müqayis Cəmil oğlunun barəsində əssasız ittihamla Goranboy rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddəsi ilə cinayət işi başlanmış və daha sonra bu cinayət işinin istintaqı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə tapşırılmışdır. Hal-hazırda da  atam Verdiyev Müqayis Cəmil oğlu bir ildən artıqdır ki, qanunsuz olaraq həbsdə olmasına  baxmayaraq, istintaq orqanı tərəfindən onun barəsində heç bir tutarlı dəlil ortaya  qoyulmamışdır. Məhz bu boşluğun doldurulması üçün heç bir sahibkarlıq statusu olmayan fiziki şəxs qismində atamın sahibkarlıq fəaliyyətinin yoxlanılması üçün prokurorluğun vəsatəti əsasında müvafiq məhkəmə qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır.                                                                                                                          

Bu məqsədlə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin 30.10.2013-cü il 137703004573800 saylı qərarına əsasən, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Xüsusi qərarlara əsaslanan  audit şöbəsinin dövlət vergi müfəttişi Əliyev Elçin Yaqub oğlu tərəfindən Verdiyev Müqayis Cəmil oğlunda 01.01.2010-cu il tarixindən 01.03.2013-cü il tarixədək olan dövrdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün  yoxlanılmasına dair (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) növbədənkənar səyyar vergi yoxlaması aparılmış və 29.12.2013-cü il tarixində səyyar vergi yoxlaması  aktı tərtib edilmişdir.                                                                                                                  

 Hesab edirik ki, sözügedən səyyar vergi yoxlaması aşağıdakı səbəblərə görə, qüvvədə olan vergi qanunvericiliyinin müddəları pozulmaqla və kifayət qədər səthi aparılmışdır.

Birincisi, istintaq orqanının dəlil axtarışlarının  nəticəsiz qalması səbəbi ilə sahibkar statusu olmayan fiziki şəxs barəsində 30.10.2013-cü il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın 3-cü bəndi ilə yoxlamanın 30 iş günü müəyyən edilməsinə baxmayaraq, heç bir əsaslandırma olmadan daha 1 ay uzadılması Vergi Orqanı adına böyük qüsur olmaqla, təqsirləndirilən şəxsin həbsdə qalma müddətinə təsir göstərən bir haldır.

İkincisi, səyyar vergi yoxlamasının heç bir tutarlı sübut olmadan yekunlaşmamış istintaq məlumatlarına istinad olunmaqla və kimlərinsə ifadələri əsasında Goranboy rayon İcra hakimiyyətinin sifarişi ilə Goranboy şəhəri ərazisində aparılan tikinti-abadlıq işlərinə görə, yuvarlıq bir rəqəmin, yəni  101 800 manat pul vəsaiti üzərində qurulması  növbəti qeyri-peşəkarlıqdan xəbər verir. Çünki, pul vəsaitlərinin dövriyyəsi zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin vergiyə cəlb edilməsi sırf ciddi maliyyə sənədləri ilə həyata keçirilməlidir ki, biz sözügedən aktda həmin məqamları görmürük.

Üçüncüsü, səyyar vergi yoxlması zamanı abadlıq işləri üçün ayrılmış həmin məbləğin ödənilmə mənbəyi və hansı fiziki və ya hüquqi şəxs  tərəfindən Verdiyev Müqayis Cəmil oğluna verilməsi məsələsi kölgədə qalmışdır. Deməli, əslində vergi orqanı Goranboy rayon İcra hakimiyyətinin nəzarətində olan və abadlıq işlərinə pul vəsaitlərinini ayrılması işi ilə məşğul olan “Fəqan Xidmət”x9d MMC-də səyyar vergi yoxlaması aparmaqla, həmin şirkətin barəsində müvafiq maliyyə sanksiyaları tətbiq etməli idi, nəinki heç bir vergi orqanında qeydiyyatdan keçməyən və heç bir sahibkar statusu olmayan hər hansı fiziki şəxs barəsində.

Dördüncüsü, səyyar vergi yoxlaması aktında da  fiziki şəxs kimi göstərilmiş Verdiyev Müqayis Cəmil oğluna həmin abadlıq işlərinin aparılmasına görə, heç bir müqavilə öhdəliyi və ya təhvil-təslim aktı olmadan pul vəsatilərinin haradan və kim tərəfindən köçürülməsi və ya verilməsi  məsələsinə də səthi yanaşılmışdır. Belə ki, iqtisadiyyatı müqavilə münasibətləri üzərində qurulmuş ölkəmizdə adi çınqılın belə çaydan yığılmasının rəsmiləşdirildiyi  bir vaxtda hər hansı fiziki şəxsə külli miqdarda vəsaitin verilməsi nə qədər inandırıcı görünməsə də bu cür faktlar günümüzün reallığı olaraq, qalmaqdadır.Deməli, istintaq və vergi orqanı kimlərinsə himayəsi ilə dövlət büdcəsindən ayrılmış həmin pul vəsitlərini formal tenderlə ələ keçirmiş subyektlərin izinə düşməli və dolayısı ilə onları vergiyə cəlb etməli idi. Təsəvvür edək ki, hər hansı pul vəsaiti ilə sifariş əsasında bir iş görülməlidir. Bunun üçün tərəflər-Sifarişçi və İcraçı, onların statusu və  öhdəlikləri müəyyən edilməklə müqavilə bağlanmalıdır. Bundan sonra da həmin vəsaitlər Sifarişçi tərəfindən vergilər və işçilərin əmək haqqı da daxil olmaqla bütün digər sosial ayırmalar ödəmə mənbəyində tutulmaqla,  nağd və köçürmə yolu ilə işi icra edəcək şəxsə müvafiq təhvil-əslim aktı ilə ödənilməlidir. Bu barədə Vergi Məcəlləsinin 150.1.1-ci maddəsində deyilir ki, muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Deməli, Verdiyev Müqayis Cəmil oğlunun sahibkarlıq statusu olmuş olsa belə onun tərəfindən ayrı-ayrı fiziki şəxslərə ödənilmiş 37 600 manat məbləğin vergiyə cəlb etməklə həmin məbləğdən 5 264 manat vergi məbləğinin  büdcəyə hesablanması tamamilə qanunsuzdur. Eyni zamanda səyyar vergi yoxlaması aktında  fiziki şəxslərə verilən pulun  verilmə tarixlərinin məlum olmamasına baxmayaraq,  vergi müfətişi öz mülahizəsi ilə həmin pul vəsaitlərini 2012-ci ilin IV rübündə verilmiş hesab edərək həmin rübdə müvafiq vergiyə cəlb etmişdir.

Həmçinin, vergi müfəttişi yoxlama aktında “böyük ustalıqla”x9d abadlıq işlərinin həyata keçirilməsində iştirak edən şəxslərin statusunu Vergi Qanunvericiliyi baxımından  muzdla işləyən fiziki şəxs kimi deyil, “işçi”x9d və ya “işləri yerinə yetirən”x9danlayışından isitifadə eməklə Vergi  Məcəlləsinin  150.1.1-ci maddəsinin təsir dairəsindən yayınmağa çalışmışdır.

Beşincisi,  yoxlama aktında olan digər ziddiyyətli məqam, həmin aktın sadələşdirilmiş verginin yoxlanılması üzrə 2.1-ci bəndində Verdiyev Müqayis Cəmil oğlunun Goranboy şəhəri ərazisində aparılan tikinti abadlıq işlərinin yerinə yetirilməsində iştirak etməklə 101 800 manat gəlir əldə etdiyini göstərir, ödəmə mənbəyində tutulan verginin yoxlanılması üzrə 2.2-ci bənddə isə fiziki şəxs Verdiyev Müqayis Cəmil oğlunun bu fəaliyyətdən gəlir əldə etmədiyini müəyyən edir. Bununla da, vergi müfəttişi öz yoxlamasında şübhəli məqamlara yol verərək, gah istintaq orqanının mülahizəsi ilə araşdırmasını əsaslandırır, gah da ona əsas verən məqamları təkzib edən nəticəyə gəlir.                                                                                                                    
Ümumiyyətlə vergi orqanı apardığı hər hansı vergi yoxlamasını ehtimal nəzəriyyəsi üzərində qurmamalı, bu hətta profilaktiki  mahiyyət daşımış olsa belə.

Altıncısı, heç bir sahibkar statusu və görəcəyi işlərə görə müqavilə öhdəliyi  olmayan fiziki şəxsə Vergi Məcəlləsinin 58.1-ci maddəsi ilə sadələşdirilmiş verginin və ödəmə mənbəyində tutulan verginin hesabatda gösərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış məbləğlərinə 50 faiz miqdarında 3 649, 08 manat maliyyə sanksiyasının tətbiq edilməsi də anlaşılan deyil və  əsassızdır.

Qeyd olunanlardan açıq-aşkar məlum olur ki, həmin vergi əməliyyatlarının heç birində  Verdiyev Müqayis Cəmil oğlunun iştirakı görünməsə də, vergi müfəttişi öz fantaziyası ilə atama həmin prosesin baş qəhramanı statusu vermişdir.                                                         

Nəticə etibarilə, səyyar vergi yoxlaması aktında ən vacib suallara ən əsası isə vergiyə cəlb edilmiş həmin vəsaitlərin Verdiyev Müqayis Cəmil oğlu tərəfindən kimdən və hansı rəsmi sənəd əsasında əldə etməsi məsələsinə aydınlıq gətirilməmişdir ki, bu da aktın sübut növü kimi mötəbərliyini şübhə altına alır.

Odur ki, səyyar vergi yoxlaması aktına dair göstərilən nöqsanları nəzərə alaraq,  həmin aktı ləğv edərək təkrar yoxlamanın aparılmasına dair müvafiq göstəriş verməyinizi xahiş edirəm.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO