Keçmiş arvadına 14 bıçaq zərbəsi vuran şəxsə AĞIR CƏZA

Keçmiş arvadına 14 bıçaq zərbəsi vuran şəxsə AĞIR CƏZA

Hazırda oxunan: Keçmiş arvadına 14 bıçaq zərbəsi vuran şəxsə AĞIR CƏZA

629457

Bakıda tanınmış mağazalar şəbəkələrindən birində satıcı işləyən keçmiş həyat yoldaşını öldürməyə cəhd edən Fəxrəddin Quliyevin cinayət işinin məhkəməsi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əskərovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənə hökm oxunub. O, 14 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror təqsirləndirilənin 15 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
 

Qeyd edək ki, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 1992-ci il təvəllüdlü Fəxrəddin Quliyev mübahisə zəminində keçmiş həyat yoldaşı 1995-ci il təvəllüdlü Leyla Quliyevaya 14 bıçaq zərbəsi endirərək ona ağır xəsarətlər yetirib.


Leyla Quliyev xəstəxanaya çatdırılaraq həyatı xilas edilib.

Fəxrəddin Quliyev isə şübhəli şəxs qismində saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO