Xocavəndə köçən 27 ailəyə evlərinin açarları təqdim edildi – FOTO

Xocavəndə köçən 27 ailəyə evlərinin açarları təqdim edildi – FOTO

Hazırda oxunan: Xocavəndə köçən 27 ailəyə evlərinin açarları təqdim edildi – FOTO

629470

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində növbəti köç karvanı Xocavənd rayonuna yola salınıb və artıq təyinat məntəqəsinə çatıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Xocavənd rayonuna daha 27 ailə yola salındı - FOTO


Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə köç edən sakinlər üçün mənzillərin açarlarının təqdimetmə mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
 

Bu mərhələdə Xocavənd şəhərinə 20 ailə (81 nəfər), Qırmızı Bazar qəsəbəsinə 2 ailə (9 nəfər), Xocavənd kəndinə isə 5 ailə (17 nəfər) olmaqla, ümumilikdə 27 ailə – 107 nəfər doğma yurduna qovuşub.


Doğma yurdlarına qayıdan sakinlər göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını ifadə edərək, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərə rəhmət, qazilərə isə cansağlığı arzulayıblar.





Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO