Axios nəşri xəbər verib ki, ABŞ, İran və Oman Hörmüz boğazının yenidən açılması ilə bağlı 60 günlük müvəqqəti razılaşma əldə etməyə yaxındırlar. Bildirilir ki, Vaşinqton bu razılaşmanı bu gün rəsmi şəkildə elan etməyə çalışır.
Bizim.Media xəbər verir ki, məlumata əsasən, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Pakistanın vasitəçiliyi ilə hazırlanan planın məqsədi atəşkəsi möhkəmləndirmək və nüvə danışıqlarını bərpa etməkdir.
Təklif olunan razılaşmaya görə, Fars körfəzinə daxil olan və oradan çıxan bütün gəmilər İran və Oman sularından keçən şimal marşrutu ilə hərəkət edəcək. Habelə, tərəflərin 30 gün ərzində dəniz minalarının təmizlənməsi istiqamətində tədbirlər görməsi nəzərdə tutulur.
Qeyd olunub ki, Tramp diplomatik səylərə imkan yaratmaq üçün genişmiqyaslı hərbi əməliyyatları təxirə salıb. (Independent Persian)
Bizim.Media





































































































