“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı

“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı

Hazırda oxunan: “28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı

629397

Avqustun 15-dən "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərəcək əlavə avtobuslarda gedişhaqqı 60 qəpik olacaq.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. 

Bildirilib ki, "28 May" və "Nizami" stansiyaları arasında xətlərin ayrılması ilə bağlı gedən işlərə görə AYNA tərəfindən əlavə ekspres xətlər yaradılıb. 

Layihənin icrasına başlanıldığı vaxtdan etibarən müxtəlif istiqamətlərdə 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək. İstifadəyə verilən avtobuslar ödənişli olacaq və hər birində gedişhaqqı 0.60 AZN təşkil edəcək.

Qeyd edək ki, yeni ekspres xətləri bunlardır:

M1 – Metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları arasında

M2 – Metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları arasında

M3 – Metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları arasında

M4 – Metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları arasında

M5 – Metronun "20 Yanvar" və "Gənclik" stansiyaları arasında

M6 – Metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO