Mask: SpaceX gələcəkdə orbitə ildə 10 milyon tona qədər yük çatdırmağı planlaşdırır

Mask: SpaceX gələcəkdə orbitə ildə 10 milyon tona qədər yük çatdırmağı planlaşdırır

Hazırda oxunan: Mask: SpaceX gələcəkdə orbitə ildə 10 milyon tona qədər yük çatdırmağı planlaşdırır

629415

SpaceX şirkəti gələcəkdə Starship kosmik sistemi vasitəsilə orbitə ildə 10 milyon tona qədər yük çatdırmağı hədəfləyir.

Bizim.Media xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask açıqlama verib.

Onun sözlərinə görə, hazırda Falcon daşıyıcı raketi orbitə ildə təxminən 2 500 ton yük çıxarır. Digər bütün şirkətlər isə birlikdə cəmi 300 ton yükü orbitə çatdırır. Mask bildirib ki, Yer orbitinə daşınan yüklərin 80-90 faizi məhz SpaceX-in payına düşür.

O qeyd edib ki, perspektivdə Starship əvvəlcə bu göstəricini ildə 1 milyon tondan çox, daha sonra isə 10 milyon tona çatdırmağa imkan verəcək.

Xatırladaq ki, iyul ayında SpaceX Starship kosmik gəmisinin 13-cü sınaq uçuşunu həyata keçirib. Sınaq zamanı ilk dəfə olaraq gəmi yük bölməsindən 20 ədəd Starlink V3 peykini uğurla orbitə buraxıb, daha sonra isə Hind okeanına eniş edib.

Şirkətin planlarına əsasən, Starship pilotlu orbital uçuşlar, peyklərin orbitə çıxarılması, həmçinin Ay, Mars və digər səma cisimlərinə missiyalar üçün istifadə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO