Dubay şahzadəsinin qalmaqallı BOŞANMASI: "Divorce" ətrini yaratdı, moda jurnalının üz qabığına çıxdı – FOTO

Dubay şahzadəsinin qalmaqallı BOŞANMASI: "Divorce" ətrini yaratdı, moda jurnalının üz qabığına çıxdı – FOTO

Hazırda oxunan: Dubay şahzadəsinin qalmaqallı BOŞANMASI: "Divorce" ətrini yaratdı, moda jurnalının üz qabığına çıxdı – FOTO

629399

Dubay hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun 32 yaşlı qızı Şeyxa Mahra bint Məhəmməd bin Rəşid Əl Məktum “Marie Claire Arabia” jurnalının onlayn üz qabığının qəhrəmanı olub.

Bizim.Media xəbər verir ki, bu, şahzadənin 2024-cü ildə böyük rezonans doğuran boşanmasından sonra ilk geniş media çıxışıdır.

Şeyxa Mahra həyat yoldaşı Şeyx Manna Əl Məktumdan boşandığını sosial şəbəkədə ənənəvi islam qaydasına uyğun üç dəfə "talaq" ifadəsini işlədərək elan etmiş və ərini xəyanətdə ittiham etmişdi. Qapalı monarx ailələrində görünməmiş bu addım Yaxın Şərqdə geniş müzakirələrə səbəb olmuşdu.
 

Şəxsi həyatındakı böhranı biznesə çevirən şahzadə daha sonra XTIANNA brendi altında "Divorce" ("Boşanma") adlı selektiv ətir təqdim edib. Qara rəngli flakonlarda satışa çıxarılan məhsul qısa müddətdə böyük maraq qazanıb.


Hazırda Şeyxa Mahranın amerikalı reper French Montana (Kərim Xarbuş) ilə nişanlandığı bildirilir.

Jurnal üçün verdiyi müsahibədə şahzadə iki fərqli mədəniyyətin təsiri altında böyüməsinin ona dünyaya qərəzsiz yanaşmağı öyrətdiyini deyib. Onun sözlərinə görə, həyatında əsas dəyərlər dürüstlük, təvazökarlıq və intizamdır.
 

Şeyxa Mahra bildirib ki, 2024-cü ilin mayında qızı Mahranın dünyaya gəlməsi həyatını tamamilə dəyişib. O, bütün qərarlarını artıq qızını düşünərək verdiyini və qadınlara ötürmək istədiyi əsas mesajın qadınlıqla gücün bir-birini tamamlaması olduğunu vurğulayıb.


Şahzadənin sözlərinə görə, XTIANNA brendinin hər bir məhsulu onun həyatının müəyyən mərhələsini və çətinliklərə qalib gəlmək əzmini əks etdirir.

"Trendlər gəlib keçir, mahiyyət isə qalır", – deyə Şeyxa Mahra bildirib. Onun fikrincə, sahibkarlıq uğursuzluqlardan qorxmamaq, hər məğlubiyyətdən nəticə çıxarmaq və daha güclü şəkildə yoluna davam etmək bacarığıdır.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO