İntiharın qarşısı alındı

İntiharın qarşısı alındı

Hazırda oxunan: İntiharın qarşısı alındı

42846
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər intihar etmək məqsədilə hündürlüyü 15-17 metr olan dağın zirvəsinə çıxıb.

FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Xilaesdicilər tərəfindən intihar cəhdinin qarşısını almaq üçün təhlükəsizlik yastığı quraşdırılıb, alpinist ləvazimatlarının və müvafiq xilasetmə avadanlıqlarının hazırlanması işləri, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib. Xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlər aparıblar. 

Aparılmış danışıqlar nəticəsində xilasedicilər tərəfindən intihara cəhdin qarşısı alınıb. İntihar etmək istəyən şəxs aidiyyəti üzrə təhvil verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO