Moderator.az beş yaşına qədər uşaqlar üçün çox vacib sayılacaq bilgiləri təqdim edir.xa0 Yazıda uşaqların açıq havada oynamalarının, gəzmələrinin faydalarına toxunulacaq.xa0
Maraqlıdır, görəsən, açıq hava şəraiti balacalara tibbi baxımdan necə kömək edir:
Sinirləri möhkəmləndirir
Çöldəxa0 qaçıb – oynamaq, uşaqların daha çox xoşbəxt olmalarına, özlərini müstəqil hiss etmələrinə şərait yaradır. Açıq havada oynamaqla onlar sankixa0 stresslərini artırlar. Tədqiqatlarxa0 göstərir ki, açıq havada vaxt keçirməkxa0 uşaq psixologiyasına müsbət təsir göstərir.
Görmə hissini inkişaf etdirir
Ohio Universiteti tərəfindən dərc olunanxa0 araşdırmada göstərilir ki, həftədə 14 saat açıq havada qalmaq daha yaxşı görməyi təmin edir. Digər tədqiqatlar göstərir ki, təbii gün işığında gəzmək uşaqlarda çəpgözlüyüxa0 xa0azaldır və uzaqgörməni yaxşılaşdırır.
Onları sağlamlaşdırır
Qaçış, tullanma,ağaca dırmanmaxa0 kimi fiziki hərəkətlər uşaqların tənəffüs sistemininxa0 mütəmadi işləməsinə şərait yaradır. Çöldə oynayan uşaqlar D vitamini daha çoxxa0 qəbul edir .
Diqqəti və yaddaşı gücləndirirxa0xa0
Tədqiqatlar göstərir ki, açıq havada olan uşaqlar daha diqqətcil olur və hafizələri güclənir.xa0
Təsəvvürü, xəyal aləminixa0 genişləndirir
Uşaqlar daim yeni şeylərə maraq göstərirlər.Açıq havadaxa0 onlar kəşfediləcək nəisə tapırlar.xa0xa0
Və beyinləri...
Açıq havada oynayan uşaqların yuxu problemi olmur. Cəmiyyət içərisində böyüyən uşaqlarda empatiya(dərdə şəriklik), tolerantlıq, anlaşma və əməkdaşlıq kimi duyğular yaxşı inkişaf edir. Uğursuzluqları dərk edib, həll etməyə çalışırlar.Açıq hava uşaqların nevroz, qapalı, küsəyən olmasına imkan vermir.xa0





























































































