Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxıldı - Türkiyədə

Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxıldı - Türkiyədə

Hazırda oxunan: Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxıldı - Türkiyədə
9418
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı zəfəri tarixi hadisə olaraq Türkiyədə buraxılan gümüş xatirə sikkəsində öz əksini tapıb.

Bizim.Media xəbər verir ki, Türkiyə Cümhuriyyətinin Xəzinə və Maliyyə Nazirliyinin Darphanə və Damğa Mətbəəsi tərəfindən buraxılan gümüş sikkənin üzərində “Qarabağ Azərbaycandır!” şüarı, ölkəmizin xəritəsi, dövlət gerbimiz, Şuşa qalası və məscid şəkili həkk olunub.

Sikkənin digər üzündə isə qələbəmizin rəmzinə çevrilən Xarı-Bülbül rəsmi əksini tapıb. Xatirə sikkəsi 50 manat nominal dəyərindədir və hazırda Türkiyədəki satış qiyməti 275 türk lirəsidir.

Qeyd edək ki, qardaş Türkiyədə Azərbaycanla bağlı tarixi hadisələrə dair xatirə sikkələrinin buraxılması davamlı xarakter alıb.

Bundan əvvəl 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, ötən il isə Nəsiminin 650 illiyi ilə bağlı sikkələr buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO