“Kredit borclarının bağışlanmasını deyirlər. Kimin hesabına? Bank yalnız vasitəçidir. Bankın çox vaxt o qədər vəsaiti olmur”x9d.
Moderator.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov AzTv-nin “Günün nəbzi”x9d proqramına müsahibəsində əhalinin kredit borclarının bağışlanması ilə bağlı yayılan şayiələrə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Bank yalnız vasitəçidir. Bankın çox vaxt o qədər vəsaiti olmur: “Bankın kapitalı bütövlükdə onun aktivlərinin 10%-ni təşkil edir. 90% çox vaxt vətəndaşların puludur. Kreditlərin bağışlanması ilə bağlı danışanda mənəvi baxımdan düşünmək lazımdır”x9d.



































































































