Azərbaycan Mərkəzi Bankı ortamüddətli dövr üzrə inflyasiya gözləntilərini açıqlayıb.
Bizim.Media xəbər verir ki, AMB-nin faiz dəhlizinin parametrləri ilə bağlı qərarında qeyd olunub ki, illik inflyasiya hədəf diapazonu daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir.
Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin avqustunda 12 aylıq inflyasiya 5,7% təşkil edib. Bu göstərici iyulla müqayisədə 0,1 faiz bəndi aşağıdır.
Avqustda illik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,2%, ödənişli xidmətlər üzrə 5%, qeyri-qida məhsulları üzrə isə 3,7% olub.
AMB qeyd edib ki, illik baza inflyasiya 5,1% təşkil edib.
Mərkəzi Bank ortamüddətli dövrdə illik inflyasiyanın hədəf diapazonu daxilində qalacağı ilə bağlı proqnozunu dəyişməz saxlayıb.
Bununla yanaşı, AMB qlobal geosiyasi qeyri-müəyyənlik, enerji və ərzaq qiymətlərinin artması, eləcə də xarici qiymət artımlarının daxili bazara ötürülməsi risklərinin qalmaqda davam etdiyini bildirib.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
11:12 / 23.09.2026
Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməz saxladı
Hazırda oxunan: Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməz saxladı
Hazırda oxunan: Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməz saxladı
638242
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































