70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

Hazırda oxunan: 70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?
629800
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Banklar və bank olmayan kredit təşkilatları yaşlı şəxslərə kredit ayırarkən daha ehtiyatlı davranırlar. Bu da həmin yaş qrupunda xəstələnmə və vəfat riskinin nisbətən yüksək olması ilə əlaqədardır”.

Bizim.Media konkret.az-a istiadla xəbər verir ki, bunu vəkil Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, qanunvericilikdə 70 yaşdan yuxarı şəxslərə kredit verilməsini qadağan edən hər hansı norma mövcud deyil:
 

“Bununla belə, 70 yaşdan yuxarı şəxslərə kredit verilməsi tam mümkündür. Bunun üçün əsas şərtlərdən biri müraciətçinin müntəzəm gəlirə, xüsusilə də pensiya təminatına malik olmasıdır. Bundan əlavə, kredit almaq istəyən şəxsin girov qoyula biləcək əmlakı və ya etibarlı zamini varsa, kreditin rəsmiləşdirilməsi ilə bağlı ciddi problem yaranmır”.


Əkrəm Həsənovun sözlərinə görə, son qərar hər bir bankın daxili kredit siyasətindən, risklərin qiymətləndirilməsindən və müraciətçinin maliyyə vəziyyətindən asılı olaraq verilir. Bu səbəbdən eyni yaşda olan iki nəfərin kredit müraciəti fərqli nəticələnə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO